Median.Az xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana götürülüb.
Araşdırma zamanı, onun Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan 1 ədəd “F-1” markalı qumbara və
10 kq-dan artıq marixuana aşkar edilib.
Bundan başqa, RPŞ-nin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.