Median.Az xəbər verir ki, mayın 12-i saat 19 radələrində Z.Bunyadov prospektində müəyyən edilməmiş avtomobillə Naxçıvan şəhər sakini Nazim Əhmədov vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmış “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.