Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 vətəndaşın mobil telefonlarını oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə istintaq aparılır.