Median.Az xəbər verir ki, mayın 10-da gecə saat 3 radələrində paytaxtın 8-ci km. qəsəbəsində 2 naməlum şəxs Şəki rayon sakini R.İsmayılova zor tətbiq edərək mobil telefonunu əlindən alıblar.
Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri B.İsmayılov və V.Vəliyev saxlanılıblar.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.