Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri 1990-cu il təvəllüdlü Rafiq Mehdiyev və 1992-ci il təvəllüdlü Elton Məmmədov şəxsi münasibətlər zəminində sonuncunun atasına məxsus kafedə mübahisə ediblər. Daha sonra mübahisə tərəflər arasında davaya çevrilib.
Nəticədə R.Mehdiyev E.Məmmədovu kafenin qarşısında sinəsinə bıçaq zərbələri vuraraq qətlə yetirib. Çoxsaylı bıçaq yaraları alan E.Məmmədov hadisə yerindəcə keçinib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlərlə R.Mehdiyev saxlanılıb.
Saxlanılan şəxs istintaq ilkin ifadəsində bıçağı mərhumu qorxutmaq məqsədi ilə çıxardığını, E.Məmmədovun isə "Vurmayanı..." deyərək onu ağır ifadələrlə təhqir etdiyinə görə qətlə yetirdiyini bildirib.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.