Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Türkan qəsəbə sakini B.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 178 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsgərovdan 410 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.