Bakı Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayon sakini Yaqub Ağayevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, qətl ötən il dekabrın 5-də 11-ci mikrorayonunda baş verib. Aynurə Ağayevaya (1992-ci il təv.) keçmiş həyat yoldaşı Yaqub Ağayev 38 bıçaq zərbəsi vurub, nəticəsə qadın hadisə yerindəcə ölüb. Daxil olan məlumat əsasında hadisə yerinə Sumqayıt ŞPİ və şəhər prokurorluğunun əməkdaşları cəlb olunub. Məlum olub ki, cütlük məhkəmənin qərarı ilə boşansa da bir evdə yaşamaqda davam ediblər.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses mayın 15-nə təyin edilib.