Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də rayon ərazisində 3 avtomobildən pul, sənəd və tütün məmulatı oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev saxlanılıb.
Bundan başqa, 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Pimenov saxlanılıb. Məlum olub ki, o mayın 2-nə keçən gecə N.Əliyev küçəsindəki 2 binada liftlərin əyləc dolaqlarını oğurlayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.