Bakı Ağır Cinayətlər Məhkəməsində Müxalif Balayevin (1968-ci il təv.) CM-nin 29, 120.1-сi (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il yanvarın 7-də Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev ailə münaqişəsi zəmnində həyat yoldaşı Cəmalə Balayevaya (1980-ci il təv.) bıçaqla xəsarətlər yetirib. 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan yaralının həyatını həkimlər xilas ediblər, şübhəli şəxs isə Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış mayın 10-na təyin edilib.
-