Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsinə müraciət edən şəhər sakini A.Muxtarov aprelin 25-nə keçən gecə 21-ci mikrorayon ərazisində “KİA” markalı avtomobilindən, şüşəsi sındırılmaqla sənədlərinin oğurlandığını bildirib.
DİN Kriminalistik Tədqiqatlar İdarəsi və 1-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev saxlanılıb.
Araşdırma zamanı, onun aprelin 26-na keçən gecə Yaşıl-dərə bağlar sahəsində “Nissan”, “Mercedes” və “Hyundai” markalı 3 avtomobilin yan şüşələrinin sındırması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.