Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da şəhər ərazisindəki evlərin birindən 1500 dollar, 1 ədəd qızıl boyunbağı və üzük oğurlayan əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.
Araşdırma zamanı, onun bu il martın 30-dan mayın 6-dək olan müddətdə daha iki evdən ümumilikdə 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması məlum olub.
ŞPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.