Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də paytaxt sakini C.Cəlilovun 1430 manatını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Fərəcullayev və Samux rayon sakini R.Orucov saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci( soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.