Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən, içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Cəlilov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.