Qubada 87 yaşlı bibisini zorlayaraq öldürməkdə təqsirli bilinən Mişi Miqirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Median.Az Oxu.az-a istinadən bildirir ki, bu il aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı qətlə yetirib.
Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.
Quba rayon Polis Şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıblar. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında baş verib.
Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra o, ahıl qadını zorlayıb.
Mişi Miqirov hadisə zamanı sərxoş olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Mişi Miqirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, istintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə, adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) 149-cu (zorlama), 150-ci (seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.