Median.Az xəbər verir ki, Metropolitendə Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də metronun “Memar Əcəmi” stansiyasında Beyləqan rayon sakini V.Quliyevanın cibindən mobil telefon oğurlayan, əvvəllər məhkum olunmuşlar, Sumqayıt şəhər sakinləri M.Məmmədov və Ə.Həsənov saxlanılıblar.
Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.