Bakıda kirayənişin ev sahibini öldürərək mülkünü saxta sənədlə ələ keçirib - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Azərbaycandan bu ölkələrə 105 min manatlıq heykəllər satılıb  |     22:54 Qazaxıstanda mədən çökdü: Yeddi nəfər dağıntılar altında qaldı  |     22:38 Bakıda ağıllı radarlar quraşdırılıb? - VİDEO  |     22:21 Özünü güllələyərək öldürən nazirlik əməkdaşının FOTOSU  |     22:14 Rusiya və Suriya hərbi bazalar barədə razılığa gəlməyə yaxındırlar  |     22:05 Günəşdə güclü parltlayış baş verib  |     21:47 Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     21:35 İsrail ordusu 24 saat ərzində Livanın cənubundan çəkiləcək  |     21:25 Ermənistanın hərbçisinin güllələnmiş meyiti tapıldı  |     21:18 ATU-nun laboratoriya müdiri VƏFAT ETDİ  |     21:12 "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ  |     21:05 Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır  |     20:59 Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub, 58 min 909 nəfər ölüb  |     20:53 2024-cü ildə nikahlar azalıb, boşanmaların sayı dəyişməyib  |     20:49 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     20:44 Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib  |     20:36 AFFA “İmişli” klubuna xəbərdarlıq edib  |     20:31 Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb  |     20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |    

Bakıda kirayənişin ev sahibini öldürərək mülkünü saxta sənədlə ələ keçirib - RƏSMİ

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Median.Az
-ın mələmatına görə, "Report"a daxil olan birgə məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb.

Belə ki, Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.

Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq,xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilb.

Cinayət işi üzrə istintaq davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 489 19.04.19 19:23