Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini Nemət Alcanovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirəndirilməsinə dair cinayət işiüzə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il noyabrın 29-u səhər saat 5 radələrində Nəsimi rayonu ərazisindən Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib və həkimlərin səyi nəticəsində həyatı xilas olunub. Həmin gün Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış aprelin 26-na təyin edilib.