Median.Az xəbər verir ki, Salyan RPŞ-nin əməkdaşları Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kq-dan artıq marixuananı aşkar ediblər.
Bundan başqa, Sabirabad RPŞ-nin əməkdaşları Nərimankənd kənd sakini Ə.Soltanovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.