Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bağırovu saxlayıblar.
Araşdırma zamanı, onun aprelin 4-də şəhər sakini olan qadının, içərisində 202 manat, qol saatı və bankomat kartları olan pulqabısını oğurlaması məlum olub.
Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 mağazadan pul, tütün məmulatı və geyim əşyaları oğurlayan şəhər sakini C.Sayadzadə saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.