Bu gün Bakının Xəzər rayonunda gənc qadın qətlə yetirilib.
Median.Az xəbər verir ki, Şağan qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Kütahi Məlikovanın boğaz nahiyyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
Baş verən hadisə zamanı qadının evdə tək olduğu bildirilib. Onun həyat yoldaşı işdə, 2 övladı isə dərsdə olub.
Xəzər rayon prokurorluğundan BAKU.WS-ə bildirilib ki, qatilin kimliyi məlum deyil.
Publika.az-ın əldə etdiyi məlumata görə, qadın qətldən bir neçə saat əvvəl övladlarını dərsə yola salıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.//Baku.ws