Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 1000 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları, digər mağazadan tütün məmulatı və oyun zalından 5 ədəd aparat və 10 ədəd pult oğurlayan Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılıb.
Araşdırma zamanı, cinayətlərdə iştirak edən daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.