Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Biləsuvar rayonunda keçirdikləri əməliyyat tədbiri Salyan rayon sakini, əvvəllər məhkum olunan Niyaməddin Sadıqov saxlanılıb. Ona məxsus torbadakı 5 ədəd bağlamada ümumi çəkisi 14 kq. 685 qram tiryək aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satış məqsədi ilə Biləsuvar rayonu ərazisində alıb.
Bundan başqa, Salyan RPŞ-nin əməkdaşları tərəfindən Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş Tahir Həmzəyev saxlanılıb. Ona məxsus evin həyətyanı sahəsində 8 ədəd çətənə kolu, evin hamamında 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə qurudulmuş marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.