Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-nə keçən gecə rayon ərazisindəki “Azsamand” markalı avtomobildən 2 ədəd ətir oğurlayan Bakı şəhər sakini P.Əliyev saxlanılıb.
Araşdırma zamanı, onun mart ayı ərzində daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması müəyyən edilib.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.