Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev, 2018-ci ilin noyabr ayından 2019-cu il fevralın 5-dək
olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin və metamfetamin aşkar edilib.
Faktla bağlı CM-nin 182.3.2 ( hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanılıb.