Bakıda evlərdən oğurluq edən 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 Bakıda unikal piyada körpüsü inşa edilir - FOTO / VİDEO  |     13:44 Elan saytında ev kirayə verən şəxs aldadıldı  |     13:43 Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır  |     13:12 Sabah yenə yağış yağacaq - Hava proqnozu  |     13:10 Leyla Əliyeva BMT-nin İsveçrədəki ofisində görüşlər keçirib - FOTO  |     12:59 Mağazanın qarşısında piyadanı vuraraq öldürən sürücü məhkəmə zalında həbs edildi  |     12:59 Masallı sakini 5 may imtahanında ən yüksək nəticəni göstərib  |     12:57 "Dönəri bir saat ərzində yemək lazımdır" - AQTA-dan XƏBƏRDARLIQ (VİDEO)  |     12:56 Cinayət yolu ilə ələ keçirdiyi lazer aparatlarını gözəllik salonunun sahiblərinə satdı  |     12:54 Qonşu ölkədə koronavirus təhlükəsi: Yeni varianta 200-ə yaxın yoluxma  |     12:39 May ayında qarın yağması nəyin XƏBƏRÇİSİDİR?  |     12:33 Gəncə Avtomobil Zavodu gömrük qaydalarını pozdu  |     12:32 Bir qrup şəxsin əmək pensiyalarına əlavələrin hesablanması qaydası dəyişir  |     12:30 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qazaxıstana ekstradisiya edib  |     12:29 Qubada kişi özünü asdı  |     12:28 Qazaxda və Şəmkirdə itkin düşən şəxslər tapıldılar  |     12:15 "Hazırda tələbələri danışdırırlar" - GDU-nun rektorunun işinin təftişi məsələsinə RƏSMİ CAVAB  |     12:13 30 nəfər haqsız yerə işdən çıxarılıb? - FOTO  |     12:11 Xankəndidə silahlı şəxs tutuldu - FOTO  |     12:09 Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR  |    

Bakıda evlərdən oğurluq edən 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki evdən 1600 metr elektrik naqili oğurlayan paytaxt sakinləri C.Eyvazov və P.Nəbiyev saxlanılıblar.

Bundan başqa, Sabunçu RPİ 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisində, tikintisi başa çatmamış evdən 70 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlayan Zabrat qəsəbə sakinləri V.Əzimov, Z.Hənifəyev və A.Ağabalayev saxlanılıblar. Şəxsi axtarış zamanı hər üçündən narkotik vasitə - heroin götürülüb. Araşdırma zamanı,
onların rayon ərazisində daha 3 evdən elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları məlum olub.

Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində
rayon ərazisindəki evdən televizor və paltaryuyan maşın oğurlayan Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş C.Nəsirov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 927 15.04.19 13:27