Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Median.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 15-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyun 28-də Xırdalan şəhərində baş verib.
Məlumata görə, şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.
Ə.Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.