Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ağaməli Kərimovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə
hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 5-də Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov aralarında yaranan mübahisə zamanı qardaşı Ədil Kərimova bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu kəskin qanitirmədən vəfat edib. Həmin gün cinayəti törədən şəxs Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.
Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.