Bakı Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayon sakini Yaqub Ağayevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Median.Az xəbər verir ki, qətl ötən il dekabrın 5-də 11-ci mikrorayonunda baş verib. Aynurə Ağayevaya (1992-ci il təv.) keçmiş həyat yoldaşı Yaqub Ağayev 38 bıçaq zərbəsi vurub, nəticəsə qadın hadisə yerindəcə ölüb. Daxil olan məlumat əsasında hadisə yerinə Sumqayıt ŞPİ və şəhər prokurorluğunun əməkdaşları cəlb olunub. Məlum olub ki, cütlük məhkəmənin qərarı ilə boşansa da bir evdə yaşamaqda davam ediblər.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı aprelin 12-nə təyin edilib.
-