Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ağamalı Kərimovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Median.Az xəbər verir ki, ötən il oktyabrın 5-də Suraxanı RPİ 30-cu polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları Hövsan qəsəbəsi, Zeytun sovxozu massivində yaşadığı fərdi evdə 20 yaşlı Əbil Kərimovun meyitini aşkar ediblər. Məlum olub ki, gənc oğlan kürəyindən aldığı bıçaq zərbəsi nəticəsində keçinib. Cinayəti törədən mərhumun kiçik qardaşı Ağamalı Kərimov saxlanılıb və istintaqa təhvil verilib.
Dindirilmə zamanı o, qardaşı ilə toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zəmində törətdiyini etiraf edib.
Növbəti proses aprelin 8-də keçiriləcək.