Ana 14 yaşlı qızını zorla ərə verdi və ... - Azərbaycanda ŞOK OLAY » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Ana 14 yaşlı qızını zorla ərə verdi və ... - Azərbaycanda ŞOK OLAY

Bakıda 14 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Lerik rayon sakini, 1998-ci il təvəllüdlü Arzuman Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
teleqraf.com-a istinadən xəbər verir ki, Arzuman Həsənov 2018-ci ilin yanvarın əvvəllərində Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən fermanın yaşayış sahəsindəki evdə, 13 yanvar 2018-ci il tarixdən isə Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən "Cücə” fermasının yaşayış sahəsindəki evdə 2004-cü il təvəllüdlü Ləman Məmmədova (ad və soyad şərti verilib – red.) ilə qeyri-rəsmi nikahda yaşayıb.

Arzuman Həsənov Ləmanla ailə münasibətlərində olub və bu, 2018-ci ilin iyun ayınadək davam edib.

Ləman Məmmədovanın atası qızının ərə verilməsindən xəbər tutduqda bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Əslən lerikli olan kişi qızının paytaxtda zorla anası tərəfindən ərə verildiyini, yetkinlik yaşına çatmadığı hamilə qalmasından şikayətçi olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb və şikayətin düzgün olduğunu, yetkinlik yaşına çatmayan qızın ərə verildiyi üzə çıxıb. Polisin keçirdiyi əməliyyat nəticəsində Arzuman Həsənov həbs edilib.

İstintaq orqanı tərəfindən Arzuman Həsənovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Arzuman Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Arzuman Həsənov apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsi tərəfindən sərt cəza təyin edildiyini göstərib. Arzuman Həsənov hökmün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Qeyd edib ki, özünün və zərərçəkmiş şəxs yaxın qohumları tərəfindən evləndirilib, erkən nikaha daxil olublar. Onun bildirdiyinə görə, onların hətta toyları da olub.

Arzuman Həsənov bildirib ki, zərərçəkmişin ona qarşı heç bir tələbi və iddiası yoxdur: "Zərərçəkmiş şəxs məni öz əri kimi qəbul edir. Mənim azadlığa çıxıb, öz evinə qayıtmasını istəyir”.

Arzuman Həsənovun şikayətinə görə, böyrək xəstəliyindən əziyyət çəkir, ailənin yeganə qazanc gətirən üzvüdür. O, yaşayış yerindən müsbət xarakterizə olunduğunu, əvvəllər məhkum olunmadığını göstərib.

Arzuman Həsənovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Apelyasiya şikayəti təmin olunmayıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 489 04.04.19 13:38