Paytaxt kafelərindən birində qohumlar arasında düşən münaqişə zamanı pnevmatik silahdan atəş açılıb.
İnsident aprelin 3-də gecə saatlarında, Binəqədi rayonu ərazisində baş verib.
Bu barədə oxu.az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Sərxoş vəziyyətdə olan qohumlar arasında yaşanan münaqişə nəticəsində iki nəfər – 37 yaşlı Elçin Nəbiyev və 44 yaşlı Vəli Nəbiyev yaralanıb.
E.Nəbiyev əlindən xəsarət alıb, V. Nəbiyev isə kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Aldıqları xəsarətlərin ağır olmadığı bildirilir.
Hazırda Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları münaqişənin hansı şəraitdə baş verdiyini araşdırır. Pnevmatik tapança müsadirə olunub.