Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-i gecə saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib, döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zəngilan rayon sakini E.Əlifli saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib və onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.