Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətin direktoru həbs edilib.
ONA-nın xəbərin görə, "Meqa-Siti Holdinq” MMC-nin direktoru Elnur Adil oğlu Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, həmin şirkətin təsisçisi Aqil Qədirov da bir müddət əvvəl həbs edilib. İttihama görə, həmin şəxslər inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.