Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Samir Ağakişiyevin (1974-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il avqustun 20-də Yasamal rayonu, Mehdiyev küçəsindəki 79 saylə evin qarşısında naməlum şəxs paytaxt sakini Faiq Mustafazadənin (1970-ci il təv.) döş qəfəsində bıçaq zərbəsi endirib, nəticədə sonuncu aldığı ağır xəsarətdən yerində keçinib. Həmin gün Yasamal RPİ 28-ci polis bölməsinə
gələn Samir Ağakişiyev qaynını törətdiyini etiraf edib və təslim olub
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış aprelin 10-na təyin edilib.