Median.Az xəbər verir ki, aprelin 1-i saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gələn naməlum şəxs, orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manat pulu ələ keçirib və uzaqlaşıb.
Məlumatla əlaqədar Yasamal RPİ 28-ci polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.