Martın 30-da Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib. Keçmiş məhkum 83 yaşlı atasını qətlə yetirib. Hadisə rayonun Göytəpə kəndində baş verib.
Bu gün qətl hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, 1936-cı il təvəllüdlü Feyzulla Dadaşovu öz oğlu, 1976-ci il təvəllüdlü Oktay Dadaşov döyərək qətlə yetirib.
Ata ilə oğul arasında münaqişə samovara görə yaranıb. Feyzulla Dadaşov oğlundan daha əvvəl ona verdiyi samovarı qaytarmasını istəyib. Oktay Dadaşov samovarı geri versə də, atası bunun həmin samovar olmadığını bildirib. Beləliklə münaqişə yaranıb və əvvəllər məhkum olunmuş O.Dadaşov əlindəki bel ilə atasına zərbələr vurub və onu pilləkandan aşağı itələyib.
Aldığı xəsarətlər F.Dadaşovun ölümünə səbəb olub.
Oktay Dadaşov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən narkotik vasitə olan heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam edir