Median.Az xəbər verir ki, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 25-ci polis şöbəsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 28-də Bakı şəhər sakini A.Bayramovanın çantasından, içərisində 200 manat, 20 avro və sənəd olan pulqabısını oğurlayan Salyan rayon sakini İ.Cəfərov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.