Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8-ci km. qəsəbəsində evlərin birindən 1400 manat pul və 3650 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini E.Nəzərov saxlanılıb.
Araşdırma zamanı onunla oğurluq edən 2 nəfərin də şəxsiyyəti müəyyən edilib və onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.