Median.Az xəbər verir ki, Səbail RPİ-nin 39-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun, içərisində 200 manat pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini A.Nəbiyev saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.