Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da evlərin birindən 4000 dollar, 340 manat və 1700 avro, habelə qızıl əşyalar oğurlayan şəhər sakinləri T.Şirzadov və İ.Qarayev saxlanılıblar.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.