Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov, H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manat pulunu açıq talama yolu ilə aldığını bildirib.
Müraciətlə əlaqədar aparılan araşdırma nəticəsində cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib.
9-cu polis bölməsi və Astara RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.