Salyan rayon sakinindən narkotik maddə və odlu silah aşkar edilərək götürülüb.
Median.Az report-a istinadən xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən, Salyan şəhər sakini, 1978-ci il təvəllüdlü Mais Sabir oğlu Əliyev saxlanılıb.
Polis şöbəsində onun üzərinə şəxsi baxış keçirilərkən iki ədəd, sellofan bükümlərdə, ümumi çəkisi 5,144 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Yaşadığı evdən isə qundağı kəsilmiş odlu silah, 14 ədəd patron və patrondaş aşkar edilib. İlkin istintaq zamanı M.Əliyev torətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.