Median.Az xəbər verir ki, Bakı ş. BPİ Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da paytaxt sakini olan qadının, içərisində 100 manat və parfyumeriya olan çantasını oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Bayramova saxlanılıb.
Araşdırma zamanı onun, fevralın 19-dan martın 15-dək olan müddətdə Binəqədi rayonu ərazisində bir dərzi sexindən 470 manat, iki mağazadan ümumilikdə 730 manat və 100 dollar oğurlaması məlum olub.
CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.