Median.Az xəbər verir ki, Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsindəki orta məktəblərin birindən 5 ədəd monitor, 3 ədəd prosessor, 3 ədəd klaviatura və 1 ədəd noutbuk oğurlayan qəsəbə sakini N.Baxışov və Ucar rayon sakini G.Alıyev saxlanılıblar.
Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.