Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən Füzuli rayon sakini T.Vəliyevin yaşadığı evə baxış zamanı 1 ədəd “RQD-5” markalı qumbara, 2 ədəd binokl, 0,280 qram metamfetamin, 508,961 qram marixuana, 40,658 qram çətənə kolu, elektron tərəzi və
19 ədəd şpris aşkar edilib.
Xətai RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.