Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Bakı şəhər sakini N.Mammədovun 200 manat pulunu quldurluq yolu ilə ələ keçirən paytaxt sakini Z.Həsənov və Gəncə şəhər sakini B.Həsənov saxlanılıblar.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.