Median.Az xəbər verir ki, DİN Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 25-də "20 Yanvar" küçəsində yerləşən orta məktəbdən 3 ədəd noutbuk, 2 ədəd proyektor, 2 ədəd sürətçıxaran, 2 ədəd istilik radiatoru, 4 ədəd səsgücləndirici və digər məktəb ləvazimatları oğurlayan Bakı şəhər sakini K.Cavadov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.