Median.Az xəbər verir ki, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbə sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev saxlanılıblar.
Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən məişət əşyaları oğurlamaları məlum olub.
İş üzrə dindirilmiş şəxslər bildiriblər ki, oğurladıqları əşyaların bir qismini Sabunçu bazarında satıblar.
Oğurlanan əşyların qalan hissəsi saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilib.
Sabunçu RPİ İstintaq Şöbəsinə CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.