Median.Az xəbər verir ki, martın 21-də Mingəçevir şəhər sakinləri Z.Qasımov və qardaşı H.Qasımov kəsilmiş-deşilmiş xəsarətlərlə Mərkəzi şəhər xəstəxanasına daxil olaraq, əməliyyat olunublar.
ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən Ağdam rayon sakini C.Quliyev saxlanılıb.
Mingəçevir ŞPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.