Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Y.Filatovanın, içərisində mobil telefon və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini Y.Niftiyev saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.